Cəmiyyət
Bakıda sərnişin avtobusu ilə yük maşınının toqquşmasının təfərrüatı məlum oldu
Bakı şəhəri, metronun "28 may" stansiyası yaxınlığında baş verən qəzanın təfərrüatı məlum olub. Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat vrib. O bildirib ki, bu gün saat 09:40-da "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib: "İlkin məlumata əsasən, hadisə digər nəqliyyat vasitəsinin manevr qaydalarını pozması nəticəsində baş verib. Nəticədə nəqliyyat vasitəsi avtobusla toqquşub. Toqquşma nəticəsində avtobusun ön şüşəsi sınıb. Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin səfərinin davam etdirilməsi məqsədilə onlar operativ şəkildə eyni marşrut üzrə hərəkət edən digər 5 nömrəli avtobusa yönləndiriliblər. Baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib". Aygün Mirakif
Mənbə
oxu.az