Dünya
Rusiya ordusu Xarkov və Zaporojyedə yaşayış məntəqələrini nəzarətə götürdü
Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojye vilayətlərində yaşayış məntəqələrini nəzarətə götürüb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov açıqlama verib. Məlumata görə, Rusiya qoşunları Xarkov vilayətində Kupyansk-Uzlovoy və Zaporojye vilayətində Novoyakovlevka yaşayış məntəqələrini nəzarət altına alıblar.
Mənbə
oxu.az