Cəmiyyət

Xırdalanda yanğın BAŞ VERDİ

27 Jan 2026, 08:28 2 baxış
Xırdalanda yanğın BAŞ VERDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xırdalan şəhərində yanğının baş verməsi barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik ümumi sahəsi 1000 kv.m olan anbarların birində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan anbarın dam örtüyünün taxta atmaları və içərisində olan taxta məmulatları yanıb. Digər bitişik anbarlar yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər