Dünya
Luvr muzeyi işçilərin tətili səbəbindən dördüncü dəfə bağlanıb
Parisin Luvr muzeyi işçilərin tətili səbəbindən son həftələr ərzində artıq dördüncü dəfə bağlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb. Məlumata görə, muzey rəhbərliyi və Fransa Mədəniyyət Nazirliyi hələ də həmkarlar ittifaqları ilə razılığa gələ bilmirlər. Bildirilir ki, azı 300 muzey işçisi tətili davam etdirməyə səs verib. Onlar işçi çatışmazlığından və Mədəniyyət Nazirliyinin digər işçiləri ilə əməkhaqqı fərqindən narazıdırlar. Xatırladaq ki, Luvr muzeyindəki tətillər ötən il dekabrın 15-də başlayıb. Tətillər muzeyə azı bir milyon avro zərər vurub.
Mənbə
oxu.az