Digər

Avropa Rusiyadan xilas oldu, ABŞ-dan asılı hala düşdü - Hernadi

27 Jan 2026, 08:30 2 baxış
Avropa Rusiyadan xilas oldu, ABŞ-dan asılı hala düşdü - Hernadi

Avropa ölkələri Rusiyadan enerji asılılığından xilas olmağa can atırdı, lakin onlar ABŞ və Çindən asılı vəziyyətə düşüblər.


Axar.az xəbər verir ki, bu barədə Macarıstanın MOL neft və qaz şirkətinin baş direktoru Zsolt Hernadi deyib.


“Enerji suverenliyi baxımından biz əsl müstəqilliyi deyil, sadəcə asılılığın dəyişdiyini görürük”, - o bildirib.


Hernadinin sözlərinə görə, Rusiyadan enerji təchizatının azalması ABŞ-ın mayeləşdirilmiş təbii qazı (LNG) üçün imkanlar açıb, Çinin bərpa olunan enerji sahəsindəki dominantlığı isə nəzərəçarpan hala gəlib:


"Buna görə də enerji suverenliyi baxımından müstəqillik yoxdur".

Mənbə axar.az

Oxşar Xəbərlər