Cəmiyyət

Məhbubə Həsənova: "Zəngilandan çıxanda iki yaşım var idi, dörd uşağımla qayıdıram"

27 Jan 2026, 06:58 2 baxış
Məhbubə Həsənova: "Zəngilandan çıxanda iki yaşım var idi, dörd uşağımla qayıdıram"
"Zəngilandan çıxanda iki yaşım var idi, indi ailəm və dörd uşağımla qayıdıram". Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Məhbubə Həsənova deyib. O bildirib ki, bu günü səbirsizliklə gözləyib: "Xatırlamıram oradan çıxdığımız vaxtı. O vaxt iki yaşım olub. Amma həmişə valideynlərim danışırdılar. Mən də ora gedəcəyim günü gözləyirdim. Şükür, bu gün qismət oldu. Allah Prezidentimizə cansağlığı versin. Bu günümüzü şəhid və qaziləri borcluyuq. Sevincimin həddi hüdudu yoxdur". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər