Dünya

ABŞ-də qar fırtınası: Çox sayda ölən var

27 Jan 2026, 02:00 1 baxış
ABŞ-də qar fırtınası: Çox sayda ölən var
ABŞ-də qar fırtınası nəticəsində azı 26 nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "The New Work Post" məlumat yayıb. Məlumata görə, Nyu-York şəhərinin Mərkəzi parkına 28 sm-dən çox qar yağıb ki, bu da 2022-ci ildən bəri ən yüksək göstəricidir. Həmçinin, Filadelfiyaya 23 sm-dən çox, Bostona isə 40 sm-dən çox qar yağıb. Bundan əlavə, 500 mindən çox ev elektrik enerjisiz qalıb. 23 ştatda fövqəladə vəziyyət elan edilib. Sinoptiklərin məlumatına görə, cari həftə ərzində ABŞ-də qar, çovğun, yağış və şaxta davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər