Digər

Dörd ildən sonra Ukrayna Gürcüstana səfir təyin etdi

27 Jan 2026, 01:23 2 baxış
Dörd ildən sonra Ukrayna Gürcüstana səfir təyin etdi

Mixail Brodoviç Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.


Axar.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.


Brodoviç 1996-cı ildən Ukraynanın Xarici İşlər Nazirliyində çalışır. O, vaxtilə Ukraynanın İstanbulda və Krakov şəhərlərində Baş konsulu olub. 2015-ci ildən 2022-ci ilədək isə Ukraynanın Sloveniyadakı səfiri vəzifəsini tutub.


Qeyd edək ki, Ukraynanın Gürcüstandakı səfiri vəzifəsi 2022-ci ildən vakant idi. Zelenski Ukraynanın keçmiş səfiri İqor Dolqovu 2022-ci ilin martında geri çağırmışdı. O, bu qərarını diplomatın Rusiyaya qarşı Gürcüstan tərəfindən sanksiyaların tətbiqinə nail olmaması ilə izah etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər