Digər

Orbandan Siyartoya Ukrayna ilə bağlı tapşırıq...

27 Jan 2026, 01:34 2 baxış
Orbandan Siyartoya Ukrayna ilə bağlı tapşırıq...

Macarıstanın Baş naziri Viktor Orban ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartoya Kiyevin Budapeştə ünvanladığı təhdidlərlə bağlı Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb.


Axar.az xəbər verir ki, Orban bu barədə öz Feysbuk səhifəsində paylaşım edib.


"Biz kiməsə Macarıstanın suverenliyini və ya Macarıstanda seçkilərin dürüstlüyünü təhlükə altına qoymağa icazə verə bilmərik. Buna görə də bu gün mən xarici işlər naziri Peter Siyartoya Ukraynanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırdım", - nazir yazıb.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışı zamanı Avropanın hesabına yaşayan, lakin onun maraqlarını satan hər bir Viktorun (Macarıstan Baş naziri Viktor Orbanı nəzərdə tutub – red.) biləyinə şillə vurulmalı olduğunu demişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər