Dünya
Orban Ukrayna səfirini XİN-ə çağırmağı tapşırdı
Macarıstanın Baş naziri Viktor Orban ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartoya Kiyevin Budapeştə ünvanladığı təhdidlərlə bağlı Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb. Oxu.Az xəbər verir ki, Orban bu barədə öz "Facebook" səhifəsində paylaşım edib. "Biz kiməsə Macarıstanın suverenliyini və ya Macarıstanda seçkilərin dürüstlüyünü təhlükə altına qoymağa icazə verə bilmərik. Buna görə də bu gün mən xarici işlər naziri Peter Siyartoya Ukraynanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırdım", - nazir yazıb.
Mənbə
oxu.az