Digər

ABŞ-ın vitse-prezidenti Tiflisə niyə səfər etməyəcək?

26 Jan 2026, 23:58 2 baxış
ABŞ-ın vitse-prezidenti Tiflisə niyə səfər etməyəcək?

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin bölgəyə səfərinə Gürcüstanın daxil edilməməsi məntiqlidir. Səfər birbaşa Zəngəzur məsələsinə həsr olunduğu üçün amerikalı rəsmi əsas diqqəti Ermənistan və Azərbaycana yönəldəcək.


Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.


Kobaxidze həmçinin Gürcüstan–ABŞ münasibətlərinin hazırkı vəziyyətini şərh edərək qeyd edib: “Onların hansı vəziyyətdə olduğu hamıya məlumdur”.


O, münasibətlərin soyumasına görə məsuliyyəti ABŞ-ın əvvəlki administrasiyasının üzərinə atıb və Vaşinqton tərəfindən müvafiq addımlar atılacağı təqdirdə Gürcüstanın strateji əməkdaşlıq üçün “yeni başlanğıca” hazır olduğunu vurğulayıb.


Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana səfəri fevral ayında gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər