Cəmiyyət
Həmvətənlərimiz “Qarabağ”ı İngiltərədə belə qarşıladı - Video
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Liverpul"la qarşılaşmaq üçün İngiltərəyə yola düşən "Qarabağ" orada yaşayan həmyerlilərimiz tərəfindən böyük səmimiyyətlə qarşılanıb.
Axar.az xəbər verir ki, bu barədə "İdman Azərbaycan" Televiziyasının İnstaqram səhifəsində görüntülər yayılıb.
Görüntülərdə azarkeşlərin komandaya və baş məşqçi Qurban Qurbanova mənəvi dəstəyi, eləcə də mehriban qarşılanma əks olunub.
Xatırladaq ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-i saat 00:00-da məşhur "Enfild Roud" stadionunda baş tutacaq. Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Mənbə
axar.az