Digər

Rusiya, ABŞ və Ukrayna arasında növbəti görüşün tarixi açıqlandı

27 Jan 2026, 00:35 2 baxış
Rusiya, ABŞ və Ukrayna arasında növbəti görüşün tarixi açıqlandı

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə növbəti danışıqlar raundu fevralın 1-də baş tuta bilər.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


Zelenski Əbu-Dabidən qayıdan Ukrayna nümayəndə heyətinin hesabatını dinləyib.


Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər müxtəlif hərbi məsələləri müzakirə etməyə nail olublar.


Qeyd edək ki, üçtərəfli görüş Əbu-Dabidə 23-24 yanvarda baş tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər