Dünya
Rütte: "ABŞ Avropanın təhlükəsizliyini daha tam təmin etməyəcək"
"Avropanın öz təhlükəsizliyinə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyduğu vaxt bitdi". Oxu.Az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentindəki müzakirələr zamanı səsləndirib. Onun sözlərinə görə, Avropa "sənaye bazasını" gücləndirməli və hər il ümumi daxili məhsulun 5%-i həcmində müdafiəyə investisiya qoymalıdır: "Biz bunu tez etməliyik. Birincisi, ona görə ki, təhlükəsizlik vəziyyəti bunu tələb edir. Hazırda təhlükəsizliyimizə qarşı real və uzunmüddətli çağırışlarla üz-üzəyik. İkincisi, ona görə ki, ümumi təhlükəsizliyimiz üçün yükün böyük hissəsini ABŞ-nin daşımasına rahatlıqla icazə verdiyimiz vaxt sadəcə bitdi".
Mənbə
oxu.az