Digər

Nazirlik qərarını verdi: Bu şəxslər vəzifəsini itirdi

26 Jan 2026, 22:52 2 baxış
Nazirlik qərarını verdi: Bu şəxslər vəzifəsini itirdi

Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrini, struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, qəbul edilən qərar nəticəsində dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələr yaradılıb.


Kult.az həmin qərar nəticəsində işini itirən bəzi şəxslərin siyahısını təqdim edir.


Azərbaycan Dövlət Akademik Dram Teatrı - Bədii rəhbər, baş rejissor Mehriban Ələkbərzadə, baş rəssam Nazim Bəykişiyev


Dövlət Akademik Musiqili Teatrı - baş rejissor Cavid İmamverdiyev, baş rəssam Vüsal Rəhimov


Dövlət Akademik Rus Dram Teatrı - bədii rəhbər, baş rejissor Aleksandr Şarovski


Bakı Uşaq və Gənclər Teatrı - bəddi rəhbər İntiqam Soltan, baş rejissor İlhamə Əhmədova


Dövlət Yuğ Teatrı - baş rejissor Mikayıl Mikayılov


Dövlət Opera və Balet Teatrı - baş rejissor Hafiz Quliyev


Azərbaycan Dövlət Pantomim Teatrı - bədii rəhbər, baş rejissor Bəxtiyar Xanızadə


Azərbaycan Dövlət Kukla Teatrı - baş rejissor Anar Məmmədov, baş rəssam İqbal Əliyev, quruluşçu rejissor Müşfiq Əliyev


Bakı Bələdiyyə Teatrı - baş rejissor Mərahim Fərzəlibəyov


Şuşa Dövlət Musiqili Dram Teatrı - baş rejissor Anar Sadıqov


Ağdam Dövlət Dram Teatrı - baş rejissor Novruz Cəfərov


Füzuli Dövlət Dram Teatrı - baş rejissor Asif Şirinov


Qax Dövlət Kukla Teatrı - baş rejissor Yusif Abdurahmanov, baş rəssam Mayis Abdullayev


Salyan Dövlət Kukla Teatrı - baş rejissor Rafiq Mirzə


Gəncə Dövlət Milli Dram Teatrı - baş rejissor Elşad Əhmədli


Sumqayıt Dövlət Dram Teatrı - baş rejissor Firudin Məhərrəmov


Mingəçevir Dövlət Dram Teatrı - baş rejissor Vüsal Mehrəliyev, baş rəssam Rafael Haşımov


Şəki Dövlət Dram Teatrı - baş rejissor Mirbala Səlimli, baş rəssam Sahib Əhmədov


Lənkəran Dövlət Dram Teatrı - baş rejissor Anar Babalı


Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı - baş rejissor Mir Qabil Əkbərov


Naxçıvan Dövlət Kukla Teatrı - baş rejissor Nadir Hüseynov


Qeyd edək ki, Azərbaycanda 30-da çox dövlət teatrı var.

Mənbə axar.az

Oxşar Xəbərlər