Digər

Çin yeni hərbi dronunu sınaqdan keçirdi

26 Jan 2026, 15:20 2 baxış
Çin yeni hərbi dronunu sınaqdan keçirdi

Çin xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş, silahla təchiz edilmiş pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.


Axar.az xəbər verir ki, bu barədə “Saut Çayna Morniq Post” məlumat yayıb.


Məlumata görə, yeni hərbi dron canlı atəş sınaqları zamanı 10 metr hündürlükdən, 100 metr məsafədə insan ölçüsündə olan hədəfə 20 dəfə atəş açıb və bütün atışlar dəqiq hədəfə dəyib.


Qeyd olunur ki, dron yüksək sabitləşdirmə və dəqiqlik sistemi sayəsində atəş zamanı maksimal effektivlik nümayiş etdirib.

Mənbə axar.az

Oxşar Xəbərlər