Digər
Trampa İrandan göndərilən məktub... - Bəqai təkzib etdi
İsrail mediasının Məsud Pezeşkian və Abbas Arakçının Donald Trampa məktub yazması barədə məlumatı həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Aydın olan odur ki, İsrail hər hansı bir diplomatiyaya düşmənçilik edir və saxta məlumat hazırlayan mənbələrdən biri də bu rejimdir”, - sözçü əlavə edib.
Qeyd edək ki, bundan əvvəl “İsrail Hayom” qəzeti Arakçının Trampa məktub yazdığı barədə məlumat dərc etmişdi.
Bu məlumat bir az əvvəl qəzetin saytından silinib.
Mənbə
axar.az