Digər

İrəvandan Hindistana təklif: İddialı təşəbbüslər...

26 Jan 2026, 14:23 2 baxış
İrəvandan Hindistana təklif: İddialı təşəbbüslər...

Ermənistan Hindistanda yeni iddialı təşəbbüslər inkişaf etdirməyə hazırdır.


Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın Respublika Günü münasibətilə həmkarı Subramanyam Cayşankarı təbrik edərkən X səhifəsində yazıb.


“Ermənistan Hindistanla əməkdaşlığın bütün sahələrində iddialı yeni təşəbbüslər irəli sürməyə və münasibətlərimizi yeni səviyyəyə qaldırmağa hazırdır”, - o bildirib.


Qeyd edək ki, son illər Ermənistanın Hindistanla hərbi əməkdaşlığı genişlənib. Ermənistan bu ölkədən müasir silahlar və raket sistemləri alır.

Mənbə axar.az

Oxşar Xəbərlər