Dünya

Böyük Britaniyada yeni qadağa: Minlərlə ev meymunu müsadirə oluna və öldürülə bilər

26 Jan 2026, 13:40 2 baxış
Böyük Britaniyada yeni qadağa: Minlərlə ev meymunu müsadirə oluna və öldürülə bilər
Böyük Britaniyada minlərlə ev meymunu onların saxlanmaları ilə bağlı qaydaların sərtləşdirilməsindən sonra müsadirə oluna və iynə ilə yatızdırılaraq öldürülə bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. Meymunların sahibləri artıq lisenziya almalı və saxlanma şəraitinin yüksək "zoopark standartlarına" cavab verdiyini sübut etməlidirlər. Lakin noyabr ayına qədər bu cür icazələr üçün yalnız üç müraciət təqdim edilib. Heyvanlarla qəddar davranışın qarşısının alınması üzrə Kral Cəmiyyətinin məlumatına görə, Britaniya evlərində minlərlə primat (meymun) yaşayır. Yeni qaydalar sahiblərdən ultrabənövşəyi işıqla təchiz olunmuş geniş volyerlər olmasını tələb edir ki, bu da çoxu üçün mümkünsüzdür. Keçmiş nazir Lord Duqlas-Miller bəyan edib ki, qaydaların pozulması halında, heyvan müsadirə olunacaq, sahibi isə cərimələnəcək. Hakimiyyət orqanları onlara səhvləri düzəltmələri üçün vaxt ayrılmasına söz versə də, standartlar olduqca yüksəkdir. "Born Free" Fondundan Kris Lyuisin izah etdiyi kimi, ciddi sağlamlıq problemləri ilə müsadirə edilən heyvanlar evtanaziya edilə (iynə ilə yatızdırılaraq öldürülə) bilər. Bütün heyvanları sığınacaqlara yerləşdirməyin mümkün olması ehtimalı azdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər