Dünya
ABŞ-də göyərtəsində səkkiz sərnişin olan özəl təyyarə qəzaya uğrayıb
ABŞ-də göyərtəsində səkkiz sərnişin olan özəl təyyarə qar fırtınası səbəbindən Men ştatının Banqor hava limanında uçuş zamanı qəzaya uğrayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN hadisə ilə tanış olan mənbəyə istinadən məlumat verib. Məlumata görə, sərnişinlərin nə dərəcədə xəsarət aldıqları hələ məlum deyil. Söhbət "Bombardier Challenger 650" biznes jetindən gedir.
{{gallery}} Aeroport rəhbərliyinin bildirdiyinə görə, fövqəladə xidmətlər hadisəyə müdaxilə edib və hadisə səbəbindən hava limanı bağlanıb. Qeyd edilir ki, qəza ABŞ-nin şimal-şərqindən keçən güclü qar fırtınası fonunda baş verib. Men ştatında hazırda şaxtalı havadır, yüngül qar yağması səbəbindən isə görünmə məsafəsi zəifdir. Federal məlumatlara görə, təyyarə Hyustonda yerləşən MMC-də qeydiyyatdan keçib.

Mənbə
oxu.az