Dünya

Braziliyada Bolsonaruya dəstək mitinqində çox sayda insanı ildırım vurub: Xəsarət alanlar və vəziyyəti ağır olanlar var

26 Jan 2026, 10:44 2 baxış
Braziliyada Bolsonaruya dəstək mitinqində çox sayda insanı ildırım vurub: Xəsarət alanlar və vəziyyəti ağır olanlar var
Braziliyanın Brazilia şəhərində məhkum edilmiş keçmiş prezident Jair Bolsonaruya (2019-2022) dəstək məqsədilə keçirilən mitinqdə 70-dən çox iştirakçı ildırımın vurması nəticəsində xəsarət alıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "G1" portalı məlumat verib. Məlumata görə, hadisə güclü yağış zamanı baş verib.
Qeyd edilir ki, 29 yaralı xəstəxanalara çatdırılıb və onlara, əsasən, qollarda və qarın nahiyəsində yanıq xəsarətləri diaqnozu qoyulub. Ən azı səkkiz xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər