Dünya
Filippində sərnişin daşıyan bərə batdı, azı 15 nəfər öldü
Filippinin cənubunda 342 sərnişin daşıyan bərənin batması nəticəsində azı 15 nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata görə, daha 28 nəfərin taleyi hələ də məlum deyil, onların axtarışı davam edir. Qeyd olunur ki, azı 138 sərnişin xilas edilib. Yaralıların böyük qisminə tibbi yardım lazım olub və azı 18 nəfər xəstəxanaya yerləşdirilib. Yerli hakimiyyət orqanları qəbul edilən xəstələrin sayının çox olması səbəbindən tibb işçilərinin üzərinə ciddi yük düşdüyünü qeyd edir. İlkin məlumatlara görə, bərə Zamboanqo şəhəri ilə Colo adası arasında hərəkət edirmiş. Gəmi Basilan bölgəsində batıb.

Mənbə
oxu.az