Dünya

Qazaxıstanda dövlət müşaviri vəzifəsi LƏĞV OLUNUR

24 Jan 2026, 17:20 1 baxış
Qazaxıstanda dövlət müşaviri vəzifəsi LƏĞV OLUNUR
Qazaxıstan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi Yerjan Jiyenbayev Konstitusiya İslahatları Komissiyasının ilk iclasında vitse-prezidentlik institutu və onun səlahiyyətləri ilə bağlı dəyişikliklərdən danışıb. Oxu.Az xəbər verir ki, məlumatı "Kazinform" yayıb. Y.Jiyenbayevin sözlərinə görə, vitse-prezidentin təyinatı prezident tərəfindən qurultayın razılığı ilə həyata keçiriləcək. Prezidentin həmçinin vitse-prezidenti vəzifədən azad etmək hüququ olacaq. Dövlət başçısının tapşırığı ilə vitse-prezident ölkəni həm beynəlxalq arena, həm də qurultay, hökumət və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrdə təmsil edəcək. Onun digər səlahiyyətləri prezident tərəfindən müəyyən ediləcək. Vitse-prezidentlik institutunun tətbiqi ilə əlaqədar olaraq, dövlət müşaviri ilə bağlı müddəaların konstitusiyadan çıxarılması planlaşdırılır. Həmçinin vitse-prezident vəzifəsi üçün tələblərin konstitusiya səviyyəsində müəyyən edilməsi təklif olunur. Xüsusilə, vitse-prezident heç bir siyasi partiyanın və nümayəndəlik orqanının üzvü olmamalı, digər ödənişli vəzifələr tutmamalı və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalıdır. Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsinin təsis edildiyini Milli Qurultayın iclasında elan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər