İdman
Ronaldo ilə danışdım, ona dedim ki... - Fernandeş
Kristiano Ronaldonun Portuqaliya millisindən ayrılmasından sonra yığmanın üzvü Bruno Fernandeş ilk dəfə açıqlama verib.
Axar.az Offsideplus.az-a istinadən xəbər verir ki, o, Ronaldo ilə danışdığını bildirib.
"Kristiano Ronaldo ilə danışdım və ona dedim ki, o, milli komandamızın və ölkəmizin ən böyük simvoludur və hər zaman belə olaraq qalacaq.
Milli komandamız bir bütündür, parçalanmayıb. Məsələlər daxildə həll olunmalı və hər iki tərəf üçün yaxşı nəticələnməlidir”, - o qeyd edib.
Mənbə
axar.az