Dünya

Əfqanıstanda qar fırtınası və leysan 60-dan çox insanın ölümünə səbəb oldu

24 Jan 2026, 17:48 1 baxış
Əfqanıstanda qar fırtınası və leysan 60-dan çox insanın ölümünə səbəb oldu
Son üç gündə Əfqanıstanda qar və leysan yağması nəticəsində altmış bir nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Son üç gündə Əfqanıstanda qar və leysan yağması nəticəsində 61 nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi "X" sosial media platformasında məlumat yayıb. "Son üç gündə qar fırtınası və leysan nəticəsində itkilər, eləcə də dəyən ziyan barədə ilkin məlumatlar: 61 ölü, 110 yaralı. 458 ev qismən və ya tamamilə dağılıb", - açıqlamada deyilir. İtkilər əsasən ölkənin mərkəzi və şimal əyalətlərində qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər