Dünya

ABŞ təyyarəsi İran sahillərində

24 Jan 2026, 15:48 2 baxış
ABŞ təyyarəsi İran sahillərində
ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" kəşfiyyat-patrul təyyarəsi İran sahillərində, Fars körfəzi akvatoriyası üzərində müşahidə və kəşfiyyat missiyaları həyata keçirir. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə hərbi və müdafiə sahəsi üzrə ixtisaslaşan "Defense Index" platforması öz "X" hesabında məlumat verib. Məlumat "Flightradar24" uçuşların izlənməsi xidmətinin açıq məlumatlarına əsaslanır. Qeyd edək ki, "P-8A Poseidon" müasir dəniz patrul təyyarəsidir və sualtı qayıqların aşkarlanması, elektron kəşfiyyat və müşahidə əməliyyatları üçün nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər