Dünya

ABŞ maliyyə nazirindən Albertanın Kanadanın tərkibindən çıxacağı ilə bağlı AÇIQLAMA

24 Jan 2026, 15:52 1 baxış
ABŞ maliyyə nazirindən Albertanın Kanadanın tərkibindən çıxacağı ilə bağlı AÇIQLAMA
ABŞ maliyyə naziri Skott Bessent Kanadanın Alberta əyalətinin müstəqilliyi ilə bağlı referendumun keçirilməsi ehtimalına işarə edib və onu ABŞ üçün "əla" resurslara malik tərəfdaş adlandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. O, albertalıları "çox müstəqil" adlandırıb. "Onların Kanadanın tərkibində qalmaq istəyib-istəmədikləri ilə bağlı referendum keçirəcəkləri barədə şayiələr gəzir", - S.Bessent bildirib. Nazirin sözlərinə görə, albertalıların bu əhvalı onların suverenlik və ABŞ ilə eyni imkanlara malik olmaq arzusunu əks etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər