Dünya
Türkiyədə eyni bölgədə ardıcıl ikinci zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətində ötən gün baş verən 5,1 bal gücündə zəlzələdən sonra təkanlar davam edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) öz sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, Türkiyə vaxtı ilə saat 10:34-də Balıkesirin Sındırgı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin təxminən 10,73 kilometr dərinliyində qeydə alınıb.
Mənbə
oxu.az