Dünya
Saxalində səmada iki Günəş görünüb
Rusiyanın Saxalin bölgəsi üzərində səmada iki Günəş görünüb. Saxalin sakinləri nadir optik halın şahidi olublar. Bu barədə Oxu.Az Sakhalin-News.ru nəşrinə istinadən xəbər verir. Məlumata görə, bu, altıbucaqlı, prizmatik formalı buz kristallarında işığın sınması nəticəsində yaranan parheliondur (saxta, yalançı Günəş - red.). Onlar yer səthindən 6-10 kilometr yüksəklikdə sirius buludlarında (buz dumanı - red.) əmələ gəlir.
Mənbə
oxu.az