Dünya

Ən problemli beş it cinsinin adı açıqlandı

24 Jan 2026, 05:02 1 baxış
Ən problemli beş it cinsinin adı açıqlandı
Cənubi Afrikadan olan baytar həkim Əmir Ənvari ən problemli hesab etdiyi beş it cinsinin adını açıqlayıb. Oxu.Az bildirir ki, bu barədə o, "TikTok" hesabında paylaşım edib. Ənvari bildirib ki, heç vaxt fransız buldoqu saxlamaq istəməz. Onun sözlərinə görə, bu cins itləri bəyənsə də, onlarda tez-tez ciddi sağlamlıq problemləri yaranır. Bu problemlər əsasən tənəffüs, dəri və onurğa nahiyəsi ilə bağlı olur. Baytarın fikrincə, fransız buldoqu saxlamaq, faktiki olaraq, baytarlıq klinikalarına böyük məbləğlər ödəməyə hazır olmaq deməkdir. Ənvarinin bəyənmədiyi ikinci it cinsi Boston teryerləridir. O etiraf edib ki, bu bəyənməməyin rasional səbəbi yoxdur. Sadəcə olaraq ona elə gəlir ki, bu cins itlər heç vaxt gülümsəmirlər və onları xoşbəxt etmək mümkün deyil. Baytar həkim həmçinin qeyd edib ki, heç vaxt haski saxlamazdı. Onun sözlərinə görə, haskilər çox səs-küylü, itaətsiz və daim diqqət tələb edən itlərdir. Ənvari onları kiçik uşaqlara bənzədib. O əlavə edib ki, haskilər olduqca enerjilidirlər və çox tük tökürlər. "Bu cinsi saxlasam, məndə posttravmatik stres pozğunluğu yarana bilər", - deyə baytar bildirib. Əmir Ənvari daha sonra malinua cinsinə də toxunaraq, bu iti də almayacağını deyib. Onun sözlərinə görə, malinualar son dərəcə çox vaxt, məşq və diqqət tələb edir. Beşinci problemli cins kimi isə baytar taksaların adını çəkib. O qeyd edib ki, taksa balaları çox şirin olsalar da, böyüdükcə olduqca aqressiv və əsəbi ola bilirlər. "Bu qədər kiçik, sosis formalı itdə belə çox qəzəb haradan gəlir?" - deyə Ənvari vurğulayıb. Baytar əlavə edib ki, taksaların onurğası çox kövrəkdir. Onlar güclü tullanmalar nəticəsində arxa ayaqlarının iflic olması riski ilə üzləşə bilərlər. Belə hallarda isə mürəkkəb və baha başa gələn cərrahi əməliyyatlara ehtiyac yaranır.
Mənbə oxu.az

Oxşar Xəbərlər