Dünya
Zelenski Trampla "Patriot" sistemləri üçün raketlərin tədarükü barədə razılığa gəlib
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Kiyevə "Patriot" sistemləri üçün raketlərin tədarükü barədə razılığa gəliblər. Oxu.Az bu barədə "Ukrinform" agentliyinə istinadən xəbər verir. "Mən Prezident Trampla ünsiyyətdə oldum və "Patriot" üçün - sayını deməyəcəyəm - müəyyən miqdarda "PAC-3" raketləri aldım", - deyə Zelenski Kiyevdə İstedadlı Gənclər Forumundakı çıxışı zamanı bildirib. Xatırladaq ki, Zelenski və Tramp yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüşüblər.
Mənbə
oxu.az