Dünya
KİV: Əbu-Dabidə Ukrayna üzrə görüşün tərəfləri dialoqu davam etdirməyə razıdırlar
Əbu-Dabidə keçirilən Ukrayna üzrə görüşün tərəfləri dialoqu yanvarın 24-də davam etdirməyə razıdırlar. Oxu.Az xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadən məlumat yayıb. Rusiyanın danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edirdi. Üçtərəfli işçi qrupunun Ukrayna tərəfinin başında isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov dayanırdı.
Mənbə
oxu.az