Dünya
Əbu-Dabidə ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşünün bəzi mövzuları bilindi
Rusiya, Ukrayna və ABŞ nümayəndələri Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar zamanı, o cümədən bufer zonalar və müxtəlif nəzarət mexanizmləri mövzularını müzakirə edirlər. Oxu.Az bildirir ki, bu barədə TASS agentliyi öz mənbəsinə istinadən xəbər verir. "Bəli, bu aspektlər: bufer zonalar, müxtəlif nəzarət mexanizmləri, şübhəsiz ki, görüşün müzakirə mövzularıdır", - deyə agentliyin həmsöhbəti vurğulayıb. O əlavə edib ki, tərəflər üçtərəfli münasibətlər çərçivəsində digər mövzuları da müzakirə edirlər. Lakin onların konkret olaraq hansılar olduğu dəqiqləşdirilməyib.
Mənbə
oxu.az