Dünya

ABŞ İran üzrə sanksiya siyahılarına səkkiz fiziki şəxsi daxil edib

23 Jan 2026, 21:12 2 baxış
ABŞ İran üzrə sanksiya siyahılarına səkkiz fiziki şəxsi daxil edib
ABŞ İran üzrə sanksiya siyahılarına səkkiz fiziki şəxsi və onlarla əlaqəli doqquz neft tankerini əlavə edib. Oxu.Az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin strukturuna daxil olan Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilmiş məlumatda deyilir. Məlumata görə, sanksiyalar Hindistan, Liberiya, Birləşmiş Ərəb Əmirliyi, Oman, Seyşel və Marşall adalarında qeydiyyatdan keçmiş səkkiz neft-qaz və nəqliyyat şirkətinə qarşı tətbiq edilib. Bundan əlavə, doqquz tanker "qara siyahı"ya salınıb. ABŞ Maliyyə Nazirliyi həmçinin baş lisenziya dərc edib. Sənədə əsasən, cari ilin fevralın 22-nə qədər sanksiyaya məruz qalmış neft daşıyan gəmilərə Venesuela, İran və Rusiya limanları istisna olmaqla, istənilən limana daxil olmağa və dayanmağa icazə verilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər