İdman
"Fənərbağça" İngiltərə Premyer Liqasından hücumçu alır
"Fənərbağça" "Everton" klubunun hücumçusunu transfer etməyə yaxındır. Oxu.Az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat paylaşıb. Bildirilib ki, Türkiyə təmsilçisi "Everton"un hücumçusu Betoya (Norberto Bercique Gomes Betuncal) rəsmi təklif göndərib. Braziliyalı futbolçunun meneceri klubla danışıqlar aparmaq üçün İstanbula gedib. Qeyd edək ki, Beto 2023-cü ilin yayından "Everton"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 22 oyunda iki qol vurmağı bacarıb.
Mənbə
oxu.az