Cəmiyyət

Paytaxtın gözdən uzaq alternativ yolu: Palçıq, çuxur və baxımsızlıq - VİDEO

30 Sep 2026, 14:56 3 baxış
Paytaxtın gözdən uzaq alternativ yolu: Palçıq, çuxur və baxımsızlıq - VİDEO
Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsindən Bakı Olimpiya Stadionu istiqamətində mövcud olan alternativ yol baxımsız vəziyyətdədir. Oxu.Az xəbər verir ki, bu barədə radioaparıcı Raqif Raufoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, yolun hazırkı vəziyyəti ərazidən nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə istifadə etməsinə imkan vermir. Baxımsız vəziyyətdə olan yol səbəbindən sürücülər alternativ marşrutdan tam şəkildə yararlana bilmirlər. R.Raufoğlu qeyd edib ki, sözügedən yolun təmir olunaraq alternativ yol kimi istifadəyə verilməməsi də diqqətçəkən məqamdır. Onun sözlərinə görə, yolun bərpa edilməsi ətraf ərazilərdə nəqliyyatın hərəkətinin nizamlanmasına və əsas yollarda yaranan yükün azalmasına kömək edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər