İdman

"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR

30 Sep 2026, 13:28 2 baxış
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
"Turan Tovuz" "Fənərbağça" ilə keçiriləcək yoldaşlıq oyununu izləmək istəyən azarkeşlər üçün səfər təşkil edəcək. Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 3-də saat 09:30-da Tovuz stansiyasından "Qərb Ekspress" qatarı, Tovuz şəhər stadionunun qarşısından isə avtobuslar yola düşəcək. Azarkeşlərdən yola düşmə vaxtından bir saat əvvəl təyin olunan yerlərdə olmaları xahiş olunur. Səfərlə bağlı bütün xərclər klub tərəfindən qarşılanacaq. Səfərdə iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər şəxsiyyət vəsiqələri ilə Tovuz şəhər stadionuna müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, səfərdə iştirak edən azarkeşlərə oyun bileti və "Turan Tovuz"un forması hədiyyə olunacaq. Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" oyunu saat 20:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər