Dünya
İranda zəlzələ oldu
İranın cənubunda 5.1 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin Milli Meteorologiya Mərkəzinin Seysmik Şəbəkəsi məlumat yayıb. Xəbərə görə, zəlzələ yerli vaxtla 15:18-də qeydə alınıb və 10 km dərinlikdə yerləşib. Episentrə yaxın bəzi insanların zəlzələni hiss etdiyi bildirilir.
Mənbə
oxu.az