İdman

"Karvan-Yevlax" yeni baş məşqçisini açıqladı

23 Jan 2026, 14:40 1 baxış
"Karvan-Yevlax" yeni baş məşqçisini açıqladı
"Karvan-Yevlax" klubuna yeni baş məşqçi təyin olunub. Bu barədə Oxu.Az-a klubdan məlumat verilib. Bildirilib ki, klub rəhbərliyinin qərarına əsasən bir müddət klubumuzda məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədov mövsümün sonunadək öz məşqçi heyəti ilə birlikdə "Karvan-Yevlax"ın baş məşqçisi vəzifəsinə təyin olunub: "Bu təyinat təsadüfi deyil. Fizuli Məmmədovun xarakteri, mübariz ruhu və futbol fəlsəfəsi Karvanın ruhu ilə üst-üstə düşür. Qarşıdakı dövrdə komandamızdan yalnız nəticə deyil, meydanda xarakter, əzm və qalibiyyətə inam görəcəyik. "Karvan-Yevlax" klubu olaraq məqsədimiz aydındır: güclü komanda qurmaq, azarkeşlərimizin etimadını doğrultmaq və "Karvan-Yevlax" adını layiq olduğu yerə qaytarmaq. Bu yolda Fizuli Məmmədov və onun məşqçi heyətinə tam etibar edirik. Yeni baş məşqçimizə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulayır, "Karvan-Yevlax" ailəsini böyük qələbələrin gözlədiyinə inanırıq". Qeyd edək ki, bir müddət əvvəl "Karvan-Yevlax" klubu sabiq baş məşqçisi Azər Həşimovla bağlı təzminat məsələsini həll edərək, onunla rəsmi şəkildə yollarını ayırmışdı.
"Karvan-Yevlax" yeni baş məşqçisini açıqladı
Mənbə oxu.az

Oxşar Xəbərlər