İdman

Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

23 Jan 2026, 10:36 1 baxış
Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib
Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib. Oxu.Az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın "Ayntraxt Frankfurt" klubu üzərində qələbəsi (3:2) sayəsində mümkün olub. Qalibiyyətə görə ölkənin xal hesabına 0.500 əmsal əlavə olunub. Azərbaycan bu əmsal sayəsində 22.750 xalla bir pillə irəliləyərək 27-ci sıraya yüksəlib. Azərbaycanın bu xalla Slovakiyanı (22.375) qabaqlayır. 26-cı pillədə isə 22.843 xalla Sloveniya qərarlaşıb. Qeyd edək ki, cədvələ 104.991 xalla İngiltərə başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər