Digər

Tramp "JPMorgan Chase" bankını məhkəməyə verdi

23 Jan 2026, 01:29 2 baxış
Tramp "JPMorgan Chase" bankını məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp ölkənin ən böyük banklarından olan "JPMorgan Chase"i və onun icraçı direktoru Ceymi Daymonu məhkəməyə verib.


Axar.az xəbər verir ki, buna səbəb 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra ABŞ liderinin hesablarının bağlanmasıdır.


Tramp bankı müştəri hesabını siyasi motivlərlə bloklamaqda ittiham edir. Florida ştatı məhkəməsinə təqdim olunan iddia ərizəsində bankın öz etik kodeksini pozduğu bildirilir.


ABŞ lideri bank və onun liderinin 5 milyard dollar təzminat ödəməsini tələb edir.

Mənbə axar.az

Oxşar Xəbərlər