Digər

Holandın şəkli olan bağlamalardan kokain çıxdı - Video

14 Aug 2026, 20:43 1 baxış
Holandın şəkli olan bağlamalardan kokain çıxdı - Video

Ekvadorda üzərində Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Holandın şəkilləri olan 469 kiloqram kokain müsadirə edilib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, narkotik maddə Kolumbiya ilə sərhəd yaxınlığında Panamerika magistralında saxlanılan yük avtomobilində aşkarlanıb.


Avtomobilin xüsusi hazırlanmış ikiqat döşəməsində 370 bağlama kokain tapılıb. Bağlamaların üzərinə Holandın təsviri olan stikerlər yapışdırılıb. Yük maşınının sürücüsü həbs edilib.


Polis Holandın şəklinin niyə istifadə edildiyini açıqlamayıb. Bildirilir ki, narkotik tacirləri bəzən müxtəlif cinayətkar şəbəkələrə məxsus yükləri fərqləndirmək üçün tanınmış idmançı və məşhurların şəkillərindən istifadə edirlər.


Müsadirə olunan kokainin qara bazarda Ekvadordakı dəyəri təxminən 842 min dollar, ABŞ-da 11 milyon dollardan çox, Avropada isə 19,6 milyon dollara qədər qiymətləndirilir.


Qeyd edək ki, oxşar hadisə 2017-ci ildə Peruda da baş vermişdi. Həmin vaxt üzərində Lionel Messinin şəkli olan təxminən 1,5 ton narkotik maddə müsadirə edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər