Kriminal

Azərbaycanda zəlzələ: Bir neçə rayonda güclü təkanlar hiss olundu

14 Aug 2026, 21:24 2 baxış
Azərbaycanda zəlzələ: Bir neçə rayonda güclü təkanlar hiss olundu
Azərbaycanın şimal bölgələrində zəlzələ olub. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Sosial şəbəkə istifadəçilərinin paylaşdığı məlumatlara görə, yeraltı təkanlar Quba, Siyəzən, Qusar, Xaçmaz, Şabran, İsmayıllı və Qəbələ rayonlarında hiss olunub. Zəlzələnin saat 20:57-də baş verdiyi və təxminən 10 saniyə davam etdiyi bildirilir. Bəzi istifadəçilər təkanların güclü olduğunu qeyd ediblər. Məhərrəm Əliyev Quba rayonunda 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Azərbaycanda zəlzələ: Bir neçə rayonda güclü təkanlar hiss olundu Azərbaycanda zəlzələ: Bir neçə rayonda güclü təkanlar hiss olundu
Mənbə oxu.az

Oxşar Xəbərlər