İdman

Azərbaycanda futbol mövsümü başladı: "Turan"dan ilk qələbə

14 Aug 2026, 21:36 2 baxış
Azərbaycanda futbol mövsümü başladı: "Turan"dan ilk qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.


Axar.az xəbər verir ki, açılış oyunu Tovuzda keçirilib. Yerli "Turan Tovuz" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.


Görüşün taleyini 1 qol həll edib. Tovuz təmsilçisinin müdafiəçisi Enrike Silva 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.


Beləliklə, "Turan Tovuz" yeni mövsümə qələbə, "Qəbələ" isə məğlubiyyətlə başlayıb.


Qeyd edək ki, I turun digər oyunları avqustun 15, 16 və 17-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər