İdman

Konfrans Liqasında Mahir Emrelinin komandasının oyununu azərbaycanlı hakim idarə edəcək

14 Aug 2026, 21:48 2 baxış
Konfrans Liqasında Mahir Emrelinin komandasının oyununu azərbaycanlı hakim idarə edəcək
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Bildirilib ki, o, Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Rakuv" (Polşa) - "Hayduk" (Xorvatiya) matçını idarə edəcək. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim Kamal Umudlu olacaq. VAR-da Piter Benks (İngiltərə) və İnqilab Məmmədov çalışacaqlar. Qeyd edək ki, "Rakuv" - "Hayduk" görüşü avqustun 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər