Cəmiyyət

Eldar Əhmədov: "Yaxın gələcəkdə robotik böyrək transplantasiyası əməliyyatı icra ediləcək"

22 Jan 2026, 17:26 2 baxış
Eldar Əhmədov: "Yaxın gələcəkdə robotik böyrək transplantasiyası əməliyyatı icra ediləcək"
"Yaxın gələcəkdə robotik böyrək transplantasiyası əməliyyatı icra ediləcək". Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Klinika"nın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov ilk robotik cərrahi əməliyyatın icrasına dair brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib. O bildirib ki, transplantasiya və robotun inkişafı son 3-5 ildə başlayıb: "Yaxın tarixdə robotik böyrək transplantasiya əməliyyatı etmək palanımız var. Bu, Azərbaycan üçün bir ilk olacaq. Əməliyyatın üstünlükləri çoxdur. Məsələn, kök və diabetik xəstələrdə orqanın yerləşdirilməsi texniki çətinliklərə səbəb olur. Lakin qarın boşluğundan transplantasiyanı robotlar vasitəsilə icra etmək mümkündür. Bu, daha əlverişlidir". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər