Cəmiyyət

Azərbaycanda yenilik: Robotik əməliyyatlar sayəsində cərrahların xəstəxanaya getməsinə ehtiyac qalmayacaq

22 Jan 2026, 16:46 2 baxış
Azərbaycanda yenilik: Robotik əməliyyatlar sayəsində cərrahların xəstəxanaya getməsinə ehtiyac qalmayacaq
"Robotik cərrahi əməliyyat sayəsində gələcəkdə həkimlər xəstəxanaya getmədən uzaq məsafədən prosesi idarə edərək, əməliyyatı icra edə biləcəklər". Oxu.Az xəbər verir ki, bunu Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, "Yeni Klinika"nın direktor müavini Eldar Əhmədov klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair brifinqdə deyib.
O bildirib ki, həmin əməliyyat 22 yaşlı gənc üzərində aparılıb: "İcra olunan xolesistektomiya (öd kisəsinin götürülməsi əməliyyatı - red.) bir saat çəkib. Hazırda xəstənin vəziyyəti kafidir. Bu sistem sayəsində gələcəkdə həkimin xəstəxanaya getməyə ehtiyacı olmayacaq. Artıq uzaq məsafədən əməliyyatları icra edə biləcəklər. Məsələn, Gəncədə olan həkimin Bakıya əməliyyatı icra etməyə gəlməsinə ehtiyac olmayacaq". Direktor müavini vurğulayıb ki, robotik cərrahiyyə zamanı baş verən səhvə həkim özü cavabdehdir: "Çünki robotun qərar qəbuletmə bacarığı yoxdur. Sadəcə, həkimlərin idarəetməsi ilə əməliyyatı icra etməyə kömək edir".
{{gallery}} Aygün Mirakif
Azərbaycanda yenilik: Robotik əməliyyatlar sayəsində cərrahların xəstəxanaya getməsinə ehtiyac qalmayacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər