Digər

Nazirlik Azər Aydəmirə 657 min ödəyəcək

22 Jan 2026, 14:58 2 baxış
Nazirlik Azər Aydəmirə 657 min ödəyəcək

Azərbaycanda "Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.


Kult.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.


Məlumata görə, ARKA bununla bağlı "Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.


Müqavilədə "Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.


Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.


Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Mənbə axar.az

Oxşar Xəbərlər