Cəmiyyət
Bakıda musiqiçi faciəli şəkildə öldü - Foto
Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
B.Əzimov saz ifaçısı kimi tanınırdı.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
axar.az