Cəmiyyət

Gəncədə azyaşlı yüksək hərarətdən xəstəxanada vəfat edib

02 Jul 2026, 01:54 2 baxış
Gəncədə azyaşlı yüksək hərarətdən xəstəxanada vəfat edib
Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1.5 yaşlı D.Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi zəruri tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşaq tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər